.jpg)
| PEN International |
| Promoting Literature, Defending Freedom of Expression |
|

Məlahət Nəsibova dəfələrlə tutulub, məhkəməyə çəkilib, şəhərdə təqib və iza olunub, ölümlə hədələnib, və döyülübdür. Onun ailəsinin evi yağmalanıb və qarətə getmişdir. Onun əri də döyülmüş və həbsə salınmışdır. Amma onu təslim edə bilməmişlər və M. Nəsibova Naxçıvan Cümhurisində insan haqlarının pozulması haqda guzarış verməyə davam etmişdir. İndi isə o Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin [NGO-ların] İnkişaf Resurs Mərkəzinə rəhbərlik edir.
Habelə Azərbaycanlı jurnalist Eynulla Fətullayevə söz azadlığı yolunda çalışmalarına görə UNESCO-nun Gilermo Kano ödülü verilmişdir.

Bu cayizə də mayın 3-də UNESCO-nun Tunisdə Beynəlxalq mətbuat azadlığı günü münasibətilə keçirilən konfransında Eynulla Fətullayevə təqdim olunubdur.
35 yaşındakı Eynulla Fətullayev məşhur müstəqil rus dilli həftəliyi Realnıy Azərbaycan (Gərçək Azərbaycan) və azərbaycanca gündəlik Gündəlik Azarbaycan qəzetin keçmiş baş redaktoru və banisidir. O illərcə açıqca və yorulmadan mətbuat və söz azadlıgı yolunda çalışmışdır. 2007-ci ildə həbsə salınan yazıçı, keçən il həbsdən buraxılmış və dayanmadan İnsan Haqları Uğrunda İctimai Birliyi yaratmışdır və onun sədridir.
1997-ci ildə təsis edilmiş bu ödül kolumbiyalı jurnalist Gilermo Kanonun adını daşıyır . onun özü jurnalistlik işini yerinə yetirərkən həlak olmuşdur.