Monday, May 20, 2013
  • Articles reflect only the opinion of the authors.
  • Sürgündə Güney Azərbaycan (İran) Qələm Əncüməninin sitəsi yalnız Beynəlxalq Qələm Əncüməninin (PEN) mənşuru və İnsan Haqları Bəyannaməsinin çərçivəsində olan yazıları nəşr edir. Bu sitə önceden ayrı yerlərdə nəşr olunmuş yazıları təkcə Əncümənin Dəbirlər Heyəti lazım gördükdə yenidən nəşr edir
  • وبگاه انجمن قلم آذربایجان جنوبی (ایران) در تبعید تنها نوشته‌هایی را که اصول منشور انجمن قلم جهانی و ‏اعلامیه جهانی حقوق بشر را رعایت می‌کنند منتشر می‌کند. این وبگاه از بازنشر مطالبی که پیشتر در ‏رسانه‌های دیگر منتشر شده‌اند، معذور است، مگر با صلاحدید هیأت دبیران انجمن
Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
E-Newsletters


آنا دیلی گونو 2012

International News

PEN International
Promoting Literature, Defending Freedom of Expression

Bir qələm sındırdılar ki, boğuntu dövranı başa çatmasın!

 

Qələmə qarşı xəncər, fikrə qarşı işkəncə, zindan və edam, bilim və elmə qarşı xurafat, iki üzlük və dəğəlbazlıq; budur xəfəqan dövranı nın hakimlərinin məntiqi, budur əngizisiyon kilisalarının yolunun İslam adı altındakı təbii və doğal sonucu!

Yenə özgürlükçü bir yazarın qanı, qaranlıq dünyaların qaravullarının bıçaqdan və zorbalıqdan başqa dil başa düşməyənlərin soyundan bir soysuzun əli ilə töküldü. Mulla Fazıl Lənkəraninin fətvasi ilə ölümə məhkum edilən Azərbaycanın adlım yazarlarından Rafiq Təqi novambr ayının 19da satqın birinin bıçaq zərbələri nəticəsində canından oldu. Rafiq Təqi uzun zamandır ki, yazdığı aydınladıcı və ifşa edici məqalələr və yazıları ilə İslam Cumhuriyətinin hədəfi halinə gəlmişdi. Dövlətlər arasında ixtilafların yüksəldiği bu günlərdə, onlar ilk qurbanları yenə qələmdən başqa silahı olmayan yazarlardan və özgür fikirlilərdən seçdilər. Bu, onların nə ilk nə də son cinayətləri olacaqdır. Ama insanlar çox yaxşi bilirlər ki, orta çağın qaranlıq əngizisiyon və Pəhləvilərin zorba özbaşınalıq və buyurqanlıq dövranı sona çatdığı kimi, bu qara dövran da tarixin hökmü ilə sonlanacaqdır. Biz inanırıq ki, tarixin dönən təkəri irəliləyəcək və quldurluq və cinayət məntiqindən başqa bir məntiq çəntəsində daşımayan heç bir rejim özgürlük idealarını aradan aparmağa gücü yetişməyəcək.

Sürgündə Güney Azərbaycan(İran) Qələm Əncüməni insanlığa qarşı işlənmiş olan bu cinayəti bütün gücü ilə və nifrətlə məhkum və təliin edir və intizari vardır ki, bütün demokratik və özgürlükçü təşkilatlar düşüncəyə qarşı işlənən bu cinayətləri məhkum edib və öz mübarizələri ilə mürtəcelərin qabağında dayanalar.

Sürgündə Güney Azərbaycan(İran) Qələm Əncüməni

 

Breaking News





سورگونده گونئی آذربایجان (ایران) قلم انجومنی نین قورولوش ایل دؤنومو موناسیبتی ایله علمی سمینار: دیل، ادبیات و میللی شعور
فراخوان بنیاد زبان و فرهنگ آذربایجان ایران ـ کانادا

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Contact Us

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com